IMF: Bu il Azərbaycanda 2,7%-lik iqtisadi artım gözlənilir

IMF: Bu il Azərbaycanda 2,7%-lik  iqtisadi artım gözlənilir
18:12 15 Oktyabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Bu il Azərbaycanda 2,7%-lik, 2020-ci ildə isə 2,1%-lik iqtisadi inkişaf olacaq. 
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) yayımladığı “Global Economic Outlook” hesabatının oktyabr sayında qeyd edilib.
Hesabata görə, ötən il ÜDM artımı 1% civarında olsa da 2024-cü ildə 2,4%-ə bərabər olacaq.
İstehlak qiymətlərinə gəldikdə isə IMF hesab edir ki, Azərbaycanda bu il 2,8%-lik, 2020-ci ildə isə 3%-lik, 2024-cü ildə isə 3%-lik inflyasiya qeydə alınacaq. Ötən il isə bu rəqəm 2,3%-ə bərabər olub.
IMF həmçinin cari hesab balansı və işsizliklə bağlı proqnozlarını da açıqlayıb. Belə ki, 2018-2020-ci illərdə işsizlik səviyyəsi dəyişməyərək 5%-ə səviyyəsində qeyd olunub.
Cari hesab balansı isə 2018-ci ildə 12,9% olduğu halda bu il 9,7%, 2020-ci ildə 10%-ə, 2024-cü ildə isə 7,6%-ə bərabər olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/imf-bu-il-azerbaycanda-2-8-lik-inflyasiya-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı