İspaniya polisi etirazçıları dəyənəklə döydü - 131 yaralı - FOTO

İspaniya polisi etirazçıları dəyənəklə döydü - 131 yaralı - FOTO
18:32 15 Oktyabr 2019
135 Dünya
Ölkə mətbuatı
A- A+

2017-ci il oktyabrın 1-də Kataloniyanın müstəqilliyi haqqında qanunsuz referendumu təşkil edən separatçı hərəkatın 12 lideri 9 ildən 13 il müddətinədək həbs cəzasına məhkum edilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla əlaqədar müstəqil qruplar ötən gündən etiraz aksiyalarına başlayıblar. 

Polis əməkdaşları nümayişçilərə qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə ediblər. Qarşıdurma nəticəsində 131 nəfər xəsarət alıb.

Etirazçılar magistral yolları bağlayıb, qatarların hərəkətinə mane olublar. Barselonanın "El- Prat" beynəlxalq hava limanı 45 uçuşu ləğv edib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/794579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR