Ümumdünya Qida Günü ilə əlaqədar məktəblilərlə görüş keçirilib (FOTO)

Ümumdünya Qida Günü ilə əlaqədar məktəblilərlə görüş keçirilib (FOTO)
18:36 15 Oktyabr 2019
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin maarifləndirilməsi istiqamətində silsilə tədbirlərini davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu 19 nömrəli məktəbin şagirdləri ilə görüş keçirilib.

Görüşdə şagirdlərə Agentliyin fəaliyyət istiqaməti və “Sağlam məktəbli” layihəsi haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı “Qida zəncirinin mərhələləri”, “Şəkərin insan orqanizminə ziyanları” maarifləndirici videoçarxları təqdim edilib.

Daha sonra 16 oktyabr Ümumdünya Qida Günü ilə bağlı məktəblilərə məlumat verilib. Bildirilib ki, hər il 16 oktyabr tarixində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO-nun təsis olunduğu gün Ümumdünya Qida Günü kimi qeyd edilir. Qeyd olunub ki, həyata keçirilən tədbirlər çərçivəsində əhali arasında sağlam qida və düzgün qidalanma, həmçinin israf hallarının aradan qaldırılması, təkrar emal prosesinin inkişafı, yeni istehsal üsullarının tədqiqi və təbliğatının aparılması istiqamətində maarifləndirici tədbirlərin davamlılığını təmin etmək qarşıya qoyulmuş ən vacib məsələlərdəndir.

Görüş çərçivəsində AQTA əməkdaşları tərəfindən qida təhlükəsizliyinə dair ilkin vərdişlər, dəniz məhsullarının faydaları, məktəblinin sağlam qidalanması barədə ətraflı məlumat verilib, şagirdlərin sualları cavablandırılıb. Onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin əsas məqsədi məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliği, eləcə də şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin bu tədris ilində bütün bölgələrdə keçirilməsi nəzərdə tutulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3133651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR