Paytaxtda ikimərtəbəli ev yanıb

Paytaxtda ikimərtəbəli ev yanıb
18:50 15 Oktyabr 2019
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakının Nəsimi rayonunda ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 6 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3133672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR