Kombaynla xətti qırdılar - Qaz kəsildi - FOTO

Kombaynla xətti qırdılar - Qaz kəsildi - FOTO
18:52 15 Oktyabr 2019
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Tərtərin Qaynaq kəndinin bir hissəsinə qazın verilişi dayandırılıb.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, belə ki, diametri 57 mm olan orta təzyiqli qaz xəttini pambıqyığan kombaynla vuraraq zədələyiblər.

Hadisə zamanı kəmərdə qaz sızması baş verib. Hazırda hadisənin fəsadlarının aradan qaldırılması üçün işlər görülür və sızmanın ləğvi məqsədi ilə müvəqqəti olaraq ərazidə qaz təminatı dayandırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/794543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR