Bakıda üstünə ağac düşən 3 qadın xəsarət alıb

Bakının Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 qadının (67, 53 və 38 yaş) üstünə düşüb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadası yaralıları Kliniki Tibbi Mərkəzə çatdırıb.

Yaralılardan birinə kəllə-beyin travması, digər ikisinə onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib. Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR