Niyə böyük alim Zəməxşəriyə “carullah” deyirlər?

Niyə böyük alim Zəməxşəriyə “carullah” deyirlər?
21:47 15 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Ərəb dilindən tərcümədə "carullah" - Allahın qonşusu deməkdir. Bu, böyük İslam alimi Mahmud ibn Ömər Zəməxşərinin ləqəbidir. Zəməxşəri hicri VI (miladi XII) əsrdə yaşamışdır. O, görkəmli Quran təfsirçisi və ədib idi. Zəməxşərinin "əl-Kəşşaf" adlı təfsiri çox məşhurdur. O, hədis, fiqh, əxlaq və ədəbiyyat sahələrində gözəl əsərlər yazmışdır. Alim bir müddət Məkkə şəhərində ömür sürmüşdür. Məkkə və onun içindəki Kəbə Allahın evi sayıldığı üçün, Zəməxşərini də "Allahın qonşusu" ləqəbi ilə adlandırmışlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/793718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR