O zaman ki, İslam batacaq...

O zaman ki, İslam batacaq...
21:52 15 Oktyabr 2019
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

İmam Əli (ə) "Nəhcul-bəlağə"də İmam Zaman ağanın (ə.f) zühurundan əvvəlki vəziyyətə işarə edən kəlamlar bəyan etmişdir ki, onlarla tanış olaq.

Həzrət Əli (ə) 150-ci xütbədə buyurur: "O, (yəni, Həzrət Hüccət (ə.f)) uzun illər insanlardan gizli halda yaşayacaqdır. O yerə qədər ki, addımının əsərini (nişanəsini) tanımayacaqlar. Baxmayaraq ki, əsər və nişanələrini tapmaq üçün çoxlu səy edəcəklər".

İmam (ə) 182-ci xütbəsində buyurur: "O, (yəni, İmam Zaman (ə.f) yoxa çıxacaqdır, o zaman ki, İslam batacaq, yolda qalmış dəvə kimi yerdəqalacaq və sinəsini torpağa yapışdıracaqdır".

İmam Əli (ə) bu xütbəsində İslam dinini yolda qalmış dəvəyə bənzətmişdir ki, insanlara az fayda verən mənasını verir. İmam (ə) bu sözləri ilə qeyb zamanında baş verəcək vəziyyəti başa salmağa çalışmışdır. Həmçinin buyurur ki, İmam Məhdi (ə.f) zühur etməzdən əvvəl İslam dini bir günəş kimi batacaqdır.

İmam Əli (ə) 138-ci xütbəsində buyurur: "İnsanlar hidayəti öz həvəslərinə tabe edərlər. Quran təfsiri adı ilə öz nəzərlərini Qurana təhmil edərlər".

Həzrət (ə) 150-ci xütbəsində buyurur: "Sol və sağ yollarına getdilər, zəlalət və yolunu azmaq yolunu başa vurdular. Aydın hidayət yolunu buraxdılar".

İmam (ə) bu kəlamında sağ və sol dedikdə, ifrat və təfriti nəzərdə tutmuşdur. İmam Məhdinin (ə.f) zühurundan əvvəl dünyanın hər yerində yolunu azmış cəmiyyətlər və firqələr olacaqdır ki, aydın hidayət yolu ilə deyil, zəlalət yolu ilə gedəcəklər.

İmam Əli (ə) 138-ci xütbədə buyurur: "Gələcəkdə (axirəz-zamanda) sizin aranızda döyüş atəşi alovlanacaqdır. Dişlərini göstərəcəkdir. Çox südü olan sinələri ilə sizə tərəf gələcəkdir ki, onu əmmək şirindir, ancaq sonu acı və zəhərlidir. Sabahısı gündən agah olun ki, sizin ondan heç bir xəbəriniz yoxdur".

İmam Əli (ə) zühurdan əvvəlki vəziyyəti bir heyvana bənzədir ki, hücum etmək üçün dişlərini göstərər. Yəni, bu dövrdə insanlar üçün çox sayda çətinliklər baş verəcəkdir. Bu heyvanın sinələrinin dolu olması dedikdə isə, insanların döyüşə hazır olmasına işarə etmişdir. Buyurur ki, sizin gələcəkdə baş verənlərdən xəbəriniz yoxdur, ancaq ona hazır olmağa çalışın.

İmamın (ə) bu kəlamlarının necə həyata keçdiyinin şahidi oluruq və həqiqətən də axirəz-zaman çətinliklər və bəlalarla dolu olan bir zamandır ki, İmamın (ə.f) zühurunun mütləq olmasını bir daha bizə xatırladır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/793733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR