Türkiyə ordusu Suriyada

Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində şəhid verib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Suriyada antiterror əməliyyatında iştirak edən iki hərbçi Münbiç bölgəsində şəhid olub, yeddi hərbi qulluqçu isə yaralanıb.

Qeyd edək ki, bu gün Münbiç bölgəsində terrorçular Türkiyə hərbçilərini top və raketlərdən atəşə tutublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR