Azərbaycan Müəllimlər İnstitutunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Azərbaycan Müəllimlər İnstitutunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
15:48 16 Yanvar 2015
69 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan anma mərasimi keçirilib.
İnstitutdan AzərTAc-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb.
Sonra ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyindəki tarixi çıxışının videolenti və şəhidlərin xatirəsinə həsr olunmuş slayd nümayiş etdirilib.
İnstitutun ixtisasartırma və yenidənhazırlanma fakültəsinin dekanı, dosent Əsabəli Quliyevin 20 Yanvar faciəsi barədə məruzəsi dinlənilib.
Digər çıxış edənlər də 20 Yanvar faciəsinin səbəbləri və ağır nəticələri barədə danışıb, hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin xatirəsinin əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər. Çıxışlarda 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyinə əminlik ifadə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Muellimler_Institutunda_20_Yanvar_faciesi_qurbanlarinin_xatiresi_anilib-825300

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR