Mədəsində helikobakteriyası bu qidaları yesin – Yanma və köpə qarşı

Mədəsində helikobakteriyası bu qidaları yesin –  Yanma və köpə qarşı
23:27 15 Oktyabr 2019
114 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu gün mədəsi müayinə olunan, həzm problemi olan elə insan yoxdur ki, helikobakteri Pylory analizindən keçməsin və bu bakteriya onda aşkar olunmasın.
Məhz bu bakteriya mədədə kök salaraq, onu zədələyir, gələcəkdə xərçəngə belə gətirib çıxara bilir.

Milli.Az medicina.az-a istinadən mədə ağırlığı, daim köp, duru nəcis, mədədə yanğıdan əziyyət çəkənlərə bu bakteriya ilə mübarizə aparmaq üçün hansı qidaları yeyə biləcəklərini araşdırıb.

Beləliklə, mədə problemi, xüsusən pilori bakteriyası olanlar  tez-tez bunları yesin

1.Bal

Təmiz bal mədə bakteriyalarının qənimidir. Hər gün 1-2 qaşıq bal udmaq pilorini məhv edəcək

2.Quşüzümü

Bu giləmeyvənin şirəsi pilorinin həyat mənbəyini kəsir. Hər gün bir az için

3.Probiotiklər

Aptekdə satılan probiotiklər, eləcə də təbii probiotik təsirli qidalar - kələm suyu, duzlu kələm, təbii yoqurt, kefir, süd məhsulları mədənin mikroflorasını düzənləyir

4.Biyan kökü

Aptekdə "Solodki" adı ilə də tanınan bu bitkinin kökü, bitkisi və hazır şirəsi steroid hormonlar kimi iltihaba qarşı təsir edir. Siz onu qəbul etməklə Pilori bakteriyasının səbəb olduğu selikli qişanın iltihabını azalda bilərsiz
 

5.Yaşıl çay

Bu çayın yarpaqları sərbəst radikallar və zəhərli toksinləri çıxarır. Bu çay mədəni təmizləyib, tonusu təmin edər. Bir şərtlə ki, əsl təbii, iri yarpaqlı yaşıl çay sortu seçəsiz

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/794534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR