ABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə səfər edəcəklər

ABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə səfər edəcəklər
01:47 16 Oktyabr 2019
103 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın vitse-prezidenti Maykl Pens və dövlət katibi Maykl Pompeo Suriyanın şimal-şərqindəki vəziyyətlə əlaqədar çərşənbə günü (16 oktyabr) Türkiyəyə səfər edəcəklər.
“Report” xəbər verir ki, bunu Amerika prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
M. Pensin mətbuat xidmətinin yaydığı məlumata görə, ABŞ nümayəndə heyətinə prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert Obrayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri də daxildir.
Qeyd olunub ki, 17 oktyabrda Pens, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu Pensin, ABŞ-ın vitse-prezident kimi Türkiyəyə ilk səfəri olacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-in-vitse-prezidenti-ve-dovlet-katibi-turkiyeye-sefer-edecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR