Notr-Dam kilsəsi haqqında serial çəkiləcək

Notr-Dam kilsəsi haqqında serial çəkiləcək
07:52 16 Oktyabr 2019
116 Maraqlı
Ölkə mətbuatı
A- A+

Fransanın "Vendome" şirkəti Paris Notr-Dam kilsəsində baş verən yanğın barəsində serial çəkmək qərarına gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, film kilsədə jurnalist tədqiqatları aparmış "The New York Times" qəzetinin məqalələri əsasında çəkiləcək.

Məlumatda bildirilib ki, serial 4-6 hissədən ibarət olacaq. "Vendome"un rəhbəri Filip Ruselle deyib: "Ekran əsərini mümkün qədər faktlara əsaslandırmağa çalışacağıq. Ssenaridə dəyişikliyin olması istisna deyil. Yanğınla bağlı yeni faktlar üzə çıxdıqca filmə əlavə olunacaq".

Xatırladaq ki, Notr-Dam kilsəsində yanğın bu ilin aprelin 15-də baş verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/794437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR