Olland İslamı təriflədi

Olland İslamı təriflədi
15:51 16 Yanvar 2015
136 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa prezidenti Fransua Olland Parisdə ərəb mədəniyyəti və Fransa arasında yaxın əlaqələr qurmağa çalışan Ərəb Dünyası İnstitutunda çıxış edib. O deyib ki, adi müsəlmanlar radikal islamın, fundamentalizmin qurbanlarına çevrilirlər.

ANS PRESS-in məlumatına görə, prezident bildirib ki, ötən həftə "Charlie Hebdo" satirik jurnalının ofisində baş verən hadisə insanların etibarını sarsıda bilər və onları “mesajlarını daha yüksəkdən çatdırmağa” vadar edə bilər. Radikal İslam fikrini ziddiyətlərə, təsirlərə, yoxsulluğa, bərabərsizliyə və həll olunmayan münaqişələrə yönəldib.

Onun sözlərinə görə, müsəlmanlar isə təəsübkeşliyin, fundamentalizmin və dözümsüzlüyün ilk qurbanlarıdır: ”Biz həmçinin unutmamalıyıq, - mən səfər etdiyim ərəb ölkələrində də görürrəm, - islam demokratiya ilə uyğun gəlir və biz hər şeyi birləşdirib bir-birinə qarışdırmaqdan imtina etməliyik. Əsasən də biz unutmamalıyıq ki, Fransada yaşayan müsəlman fransızlar da digər vətəndaşlarla eyni haqlara və öhdəliklərə sahibdir.”

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR