Cərrah-transplantoloq Mircəlal Kazımi növbəti canlı yayımda “Qaraciyər Transplantasiyası” mövzusunda çıxış edəcək

Cərrah-transplantoloq Mircəlal Kazımi növbəti canlı yayımda “Qaraciyər Transplantasiyası” mövzusunda çıxış edəcək
10:22 16 Oktyabr 2019
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, cərrah-transplantoloqu Dr. Mircəlal Kazımi 18 oktyabr 2019-cu il tarixində saat 20.00-da canlı yayımda “Qaraciyər Transplantasiyası” mövzusunda çıxış edəcək və bu mövzuda izləyicilərin suallarını cavablandıracaq. Sualları canlı yayım vaxtı və yaxud öncədən facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür.

Canlı yayım oktyabrın 18-də saat 20.00-da Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən təşkil olunacaq (https://www.facebook.com/customshospital/). Canlı yayım barədə əlavə məlumat üçün facebook səhifəsinə yaza və ya (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.

Xatırladaq ki, Dr. Mircəlal Kazımi Azərbaycanda ilk dəfə qara ciyər transplantasiyası əməliyyatını uğurla icra etmiş cərrah transplantoloqdur. Bu günə qədər 800-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda icra olunan təkcə böyrək transplantasiyası əməliyyatlarının 90%-i Dr.Mircəlal Kazımi tərəfindən icra edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3133949.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR