Azərbaycanda sürücülər maşından düşüb dalaşdı - YARALILAR VAR

Azərbaycanda sürücülər maşından düşüb dalaşdı - YARALILAR VAR
10:33 16 Oktyabr 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Quba yolunda avtomobillərlə qəza vəziyyəti yaradan sürücülər dava edib.

Hadisə Bakı-Quba yolunun 23-cü kilometrliyində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini Təbriz Fərzəliyevlə 1995-ci il təvəllüdlü Orxan Məmmədquliyev idarə etdikləri avtomobillərlə bir-birinə qəza şəraiti yaradıblar.

Daha sonra hər iki sürücü avtomobillərindən düşərək dava edib, bir-birinə xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları gəlib, T.Fərzəliyevlə O.Məmmədquliyev saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(Report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/293205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR