“The Korea Post” jurnalı 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan məqalə dərc edib

15:52 16 Yanvar 2015
70 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 15:44 ]


Bakı. Rüfət Əhmədzadə – APA. Cənubi Koreyada dərc olunan “The Korea Post” jurnalının yanvar nömrəsində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan məqalə dərc olunub. APA-nın məlumatına görə, “Müstəqillik və azadlıq uğrunda mübarizə” başlıqlı məqalədə Azərbaycanda “Qara yanvar” adlandırılan 1990-cı il 20 yanvar hadisələrindən bəhs olunur və Azərbaycan xalqının milli-azadlıq hərəkatını boğmaq üçün SSRİ rəhbərliyini Bakıya qoşun yeritdiyi bildirilir.

 

Məqalədə deyilir ki, 26 min nəfərlik sovet qoşun kontingentinin Bakıda qətliam törətməsi nəticəsində 133 nəfər dinc sakin ölüb, 611 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, beş nəfər isə itkin düşüb: “20 Yanvar şəhidləri Azərbaycan xalqının azadlığı uğrunda canlarından keçib və onlar heç vaxt unudulmayacaq”.

 

Hadisələr zamanı sovet rəhbərliyinin Azərbaycana xarici mətbuatı buraxmadığını və televiziya qülləsini partlatdığını qeyd edən jurnal Şəhidlər Xiyabanının şəklini və qanlı olaylar zamanı çəkilən fotoları da səhifələrinə yerləşdirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369371

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR