Yanıb külə dönmüş 12 yaşlı Firuzənin anası: "O gecə idman müəlliminin evində idim" - VİDEO

Yanıb külə dönmüş 12 yaşlı Firuzənin ölümündə qonşular anasını günahlandırır. Qonşuların sözlərinə görə ana yüngül həyat tərzi keçirən ana mütəmadi olaraq gecələr evə gəlməyib və həmin gecə də evdə olmayıb. Uşağı gecə saat 2-də yanıb külə dönən ananı polislər səhər saat 9-da tapıb gətiriblər. Ana tapılarkən Masazırda başqa bir kişi ilə bərabər olub.



Metbuat.az xəbər verir ki, Firuzənin anası Zəminə Allahverdiyeva "Zaur Baxşəliyevin "Bizimləsən" proqramında yanğın baş verən gecə Masazırda yaşayan 28 yaşlı Nail adlı idman müəlliminin evində olduğunu deyib:



"Uşağa dərman almağa pulum yox idi. İdman müəllimi var, tanışdır. Oğlumun məktəbində idman müəllimi işləyir. İşlədiyim marketdə tanış olmuşuq. Gecə işdən çıxıb onun evinə getdim. 1 stakan çay içdim onunla. 1 saata yaxın evində oldum. Mənə 15 manat verdi".



Qeyd edək ki, 1Ələkbərova Firuzə Qabil qızı yanıb külə dönüb. Hadisə 29 sentyabrda Binəqədi rayonunda gecə saat 2 radələrində baş verib. Yanğın baş verən zaman Firuzə yatmış vəziyyətdə olub. Onun hərəkətsiz bədəninin çox hissəsi külə dönüb. Yaşadığı mənzildə tək olan Firuzənin yanmasından əvvəlcə qonşular xəbər tutub və FHN-ə məlumat veriblər. Qonşular və yanğınsöndürən briqada evə gələrkən qız artıq külə dönübmüş. Yanğın zamanı uşaq evdə tək, sahibsiz olub. Qonşuların sözlərinə görə, Firuzənin yanmasında günahkar anası Zəminə Allahverdiyevadır. Qonşular Zəminənin yüngül həyat tərzi keçirdiyini, gecələr evə gəlmədiyini deyirlər.



Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına üz tutan 12 yaşlı Firuzənin atası, ata nənəsi və əmisi onun qəsdən öldürüldüyünü, izi itirmək məqsədilə cəsədinin yandırıldığını iddia ediblər. Onlar Firuzənin seksual təcavüzəı qaldığını və izi itirmək məqsədilə öldürüldüyü iddia edirlər.



Firuzənin valideynləri boşanma ərəfəsində olublar. 9 aydır ayrı yaşayırlar.


(Baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR