Rusiya FTX rəhbəri dünyada terror hücumları qurbanlarının sayını açıqlayıb

Rusiya FTX rəhbəri dünyada terror hücumları qurbanlarının sayını açıqlayıb
12:32 16 Oktyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

"Bu il dünyada baş verən terror hadisələrində 7 mindən çox insan ölüb və xəsarət alıb".
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Soçidə FTX-nin tərəfdaş dövlətlərinin xüsusi xidmət, təhlükəsizlik və hüquq-mühafizə orqanları rəhbərlərinin XVIII iclasının açılışında çıxış edərkən deyib.
"Yalnız 2019-cu ildə dünyada 1500-dən çox hücum təşkil edilib və nəticədə 7 minə yaxın insan ölüb və xəsarət alıb", - A.Bortnikov bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiya-ftx-rehberi-dunyada-terror-hucumlari-qurbanlarinin-sayini-aciq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR