Azərbaycanda ÜDM 58 milyard manatı ötüb

Azərbaycanda ÜDM 58 milyard manatı ötüb
14:15 16 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 58 milyard 464,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Trend-in məlumatına görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 1,1 faiz artıb.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,0 faiz, sənayedə 2,5 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,3 faiz, digər xidmət sahələrində 2,2 faiz artmış, tikintidə isə 5,6 faiz azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 5910,1 manata bərabər olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3134138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR