Şəmkirdə "KOB Dostu" fəaliyyətə başlayıb (FOTO)

Şəmkirdə "KOB Dostu" fəaliyyətə başlayıb (FOTO)
14:36 16 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) növbəti Kiçik və Orta Biznesin Dostu ("KOB Dostu") Şəmkir rayonunda fəaliyyətə başlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, bununla da Gəncə-Qazax iqtisadi rayonu üzrə fəaliyyət göstərən KOB dostlarının sayı 2-yə, ölkə üzrə isə 18-ə çatıb.

Oktyabrın 16-da KOBİA-nın təşkilatçılığı, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şəmkir rayonunda "KOB Dostu"nun fəaliyyətə başlamasına həsr olunmuş tədbir keçirilib. Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirdə “KOB Dostu” mexanizmi, mikro, kiçik və orta sahibkarlara “KOB Dostu” tərəfindən göstəriləcək xidmətlər və dəstək barədə məlumat verilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən KOB-lar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə “KOB Dostu”na müraciət edə bilərlər. "KOB Dostu" tərəfindən sahibkarlara informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə kimi sahələrdə dəstək və xidmətlər göstəriləcəkdir. Sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən Orxan Məmmədov "KOB Dostu" şəbəkəsinin ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyini diqqətə çatdırıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonun iqtisadi potensialı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün yaradılmış imkanlar barədə məlumat verib, “KOB Dostu”nun mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.

Sonra “KOB Dostu” mexanizmi barədə təqdimat keçirilib.

Tədbir çərçivəsində həmçinin, KOB-lar üçün yeni dövlət dəstəyi mexanizmi olan daxili bazar araşdırmalarına dair maarifləndirici video çarx nümayiş olunub, sahibkarların bu dəstəkdən yararlanmaq üçün KOBİA-ya müraciət edə biləcəkləri diqqətə çatdırılıb.

Tədbirin sonunda sahibkarlar Şəmkir Gənclər Mərkəzində fəaliyyət göstərən “KOB Dostu” ofisi ilə tanış olublar, onları maraqlandıran suallar cavablandırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3134169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR