Yataqxanada yemək yeyən 70 tələbə zəhərləndi - Tehranda

Yataqxanada yemək yeyən 70 tələbə zəhərləndi - Tehranda
14:47 16 Oktyabr 2019
108 Dünya
Ölkə mətbuatı
A- A+

İranın paytaxtı Tehran şəhərində Elm və Texnologiya Universitetinin 70 tələbəsi zəhərlənib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tehran Təcili Yardım Mərkəzinin direktoru Peyman Saberian deyib.

P.Saberianın sözlərinə görə, zəhərlənməyə səbəb yataqxanada verilən yemək olub.

Direktor əlavə edib ki, hadisə ilə əlaqədar yataqxanaya 3 təcili yardım maşını və 2 avtobus göndərilib. 59 tələbəyə yataqxanada yardım edilib, 11 nəfər isə xəstəxanalara yerləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/794726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR