Qazax sakininin qış üçün tədarük etdiyi qida məhsulları oğurlanıb

Qazax sakininin qış üçün tədarük etdiyi qida məhsulları oğurlanıb
15:27 16 Oktyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Qazax rayonunda evdən oğurluq edilib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Mehdi Hüseyn küçəsi, 12 ünvanında yerləşən mənzildə qeydə alınıb.
Belə ki, rayon sakini, Nigar İsmayılova ona məxsus evdən son 6 ay ərzində 2 dəfə oğurluq edildiyini iddia edib. Onun sözlərinə görə, oğurluq hadisəsi onların Bakı şəhərində olduğu günlərdə törədilib: "Evdən məişət avadanlıqları, bəzi ev əşyaları, dəyəri 300 manat olan antik samovar və qış üçün tədarük məqsədiylə evin zirzəmisində saxlanılan qida məhsulları da oğurlanıb".
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qazax-sakininin-qis-ucun-tedaruk-etdiyi-qida-mehsullari-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR