Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb

Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
15:37 16 Oktyabr 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 389,843 milyon ABŞ dolları dəyərində 390,176 min ton meyvə-tərəvəz ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 47,322 milyon dollar (13,9%) və 23,198 min ton (6,3%) çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 2,6%-ni təşkil edib.
Belə ki, bu ilin 9 ayında Azərbaycan xarici ölkələrə 134,148 min ton tomat ixrac edib. İxrac edilən tomatın ümumi dəyəri 142,291 milyon dollar təşkil edib. Tomat ixracı Azərbaycanın ümumi ixracının 1%-ni təşkil edib.
Ötən 9 ay ərzində Azərbaycan 16,399 min ton meşə fındığı da ixrac edib. Bu növ məhsulun ixracından əldə edilən gəlir isə 88,883 min dollar olub. Meşə fındığı ixracı ölkəmizin ümumi ixracının 0,6%-ni təşkil edib. 
Həmçinin, ötən 9 ay ərzində Azərbaycan alma ixracından 22,793 milyon dollar gəlir əldə edib. Azərbaycan almasının ixracın həcmi isə 55,231 min ton olub ki, bu da ümumi ixracda 0,15% pay deməkdir. 
Bundan başqa, bu il ərzində Azərbaycan 27,071 min ton xurma ixrac edib. Bu növ məhsulun ixracından ölkəmiz 20,506 milyon dollar vəsait əldə edib. Xurma ixracı ölkənin ümumi ixracında 0,15% paya malik olub. 


Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycan-meyve-terevez-ixracindan-gelirini-14-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR