Ortodoks yəhudiləri Rəsulzadənin sözləri ilə Türkiyəyə dəstək verdi: "Ərdoğan, biz səninləyik"

ABŞ-ın sionizm əleyhdarı ortodoks yəhudiləri Türkiyənin Suriyadakı terrorçulara qarşı həyata keçirdiyi “Barış Pınarı” hərəkatına dəstək veriblər.

Metbuat.az xəbər verir ki, Ortodoks yəhudilərindən Şaul Ben Kiş özünün "Tvitter" hesabında BMT binası qarşısında türk bayrağının dalğalandırıldığı aksiya keçirdiklərini yazıb:

“Biz Tövrat yəhudiləri bütün dünyaya baxmayaraq, Prezident Ərdoğanın Suriyada başlatdığı əməliyyatla bağlı türk insanının və hökumətinin yanında dayanırıq. Bir kərə yüksələn bayraq bir daha enməz! Türkiyə gələcəkdə süpergüc olmaq istiqamətində gedir”.

Kiş digər bir paylaşımında türk əsgərinə salam göndərib:

“Biz NATO və digərlərinə qarşı Türkiyənin yanındayıq. Əlimizdə türk bayrağını dalğalandırmaq qürurdur. Prezident Ərdoğan, dik dur, biz səninləyik. Biz Türkiyəni sevirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR