Ərdoğan ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşməkdən imtina edib

Ərdoğan ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşməkdən imtina edib
16:02 16 Oktyabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

“Mən ABŞ prezidenti Donald Tramp gələndə onunla görüşəcəyəm".
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “SKY News” müxbirinin “ABŞ-ın nümayəndə heyəti buraya (Türkiyəyə-red.) gəlir. Narahatsınız?Onlarla nə barədə danışacaqsınız?” sualına cavabında deyib.
“Mən dimdik ayaqdayam. Niyə narahat olmalıyam? Onlarla görüşməyəcəyəm. Onlarla öz mövqedaşları görüşəcək. Mən Tramp gələndə onunla görüşəcəyəm”, - deyə o vurğulayıb. 
Qeyd edək ki, Suriyadakı hadisələri Türkiyə ilə müzakirə etmək üçün ABŞ prezidenti Donald Tramp müavini Maykl Pens və dövlət katibi Maykl Pompeonun başçılıq etdikləri nümayəndə heyətini Ankaraya göndərir. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/erdogan-men-tramp-gelende-onunla-goruseceyem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR