Bu il Azərbaycana 40 minə yaxın avtomobil gətirilib

Bu il Azərbaycana 40 minə yaxın avtomobil gətirilib
16:05 16 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 30.908 ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14.526 ədəd və yaxud 88,7 faiz (2 dəfəyə yaxın) çoxdur.

Dövlət Gömrük Komitəsinin statistik göstəricilərinə əsasən, son bir ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 261 ədəd və ya 3,4 dəfə artaraq 371 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 13.145 ədəd və ya 1,9 dəfə artaraq 27.825 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 1.090 ədəd və ya 1,7 dəfə artaraq 2.597 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 30 ədəd və ya 1,35 dəfə artaraq 115 ədəd olub.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/794752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR