Sumqayıtda piyadanı vurub öldürən sürücünün kimliyi məlum oldu

Sumqayıtda piyadanı vurub öldürən sürücünün kimliyi məlum oldu
16:52 16 Oktyabr 2019
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda piyadanı vurub öldürən sürücünün kimliyi məlum olub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, oktyabrın 14-də saat 20 radələrində "Stansiya Sumqayıt" qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ramazan Quliyev vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Opel" markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini F.Babayeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/794773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR