"Tok" vuran 9 yaşlı Zəhranın sol qolunu amputasiya etdilər

"Tok" vuran 9 yaşlı Zəhranın sol qolunu amputasiya etdilər
17:01 16 Oktyabr 2019
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Ceyhun Ələkbərov - Trend:

Nizami rayonunda elektrik cərəyanı vuran 9 yaşlı Zəhranın yalnız sol qolu ötən gün amputasiya edilib.

5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsindən Trend-ə verilən məlumata görə, müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilən 2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızının ayaqlarının amputasiya edilməsi haqqında xəbər doğru deyil: "Xəstənin yalnız sol qolu amputasiya olunub. Hazırda azyaşlı həkim nəzarətindədir və vəziyyəti ağır olaraq qalır".

Xatırladaq ki, ötən həftə paytaxtın Nizami rayonu, Babək prospektində 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.

2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub.

Hadisə nəticəsində Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb.

Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3134301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR