"Qarabağ" - APOEL oyununun biletləri sabah satışa çıxarılacaq

"Qarabağ" - APOEL oyununun biletləri sabah satışa çıxarılacaq
17:12 16 Oktyabr 2019
757 Digər
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Kipr təmsilçisi APOEL ilə oyununun biletləri sabahdan satışa çıxarılacaq.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 manat olan biletləri 12:00-dan etibarən almaq mümkün olacaq.
Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “Gənclik Mall” və “28 Mall” (iticket satış məntəqəsi), “Park Bulvar AVM” (iticket satış məntəqəsi) ASAN 2, 3 (Yasamal, Amay t/m) və iticket.az saytından onlayn şəkildə almaq mümkündür.
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-apoel-oyununun-biletleri-sabah-satisa-cixarilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR