Donetskdə son bir gündə 6 Ukrayna əsgəri həlak olub

Donetskdə son bir gündə 6 Ukrayna əsgəri həlak olub
15:54 16 Yanvar 2015
63 Dünya
Ölkə mətbuatı
A- A+

 

Ukrayna tərəfi Donetsk hava limanının tam nəzarətə götürüldüyü haqda separatçıların bəyanatlarını növbəti dəfə təkzib edib.


 

APA-nın “Censor.net” və UNİAN-a istinadən verdiyi məlumata görə, Antiterror Əməliyyatının (ATO) mətbuat xidmətinin rəhbəri Roman Turovets şiddətli və arasıkəsilməz hücumlara məruz qalan aeroportdakı Ukrayna kontingentinə lazımi atəş dəstəyinin verildiyini bildirib: “Orada indi döyüş gedir. Hücum səhər saat 08-də başlayıb. Vəziyyət kifayət qədər mürəkkəbdir, lakin nəzarət olunandır. Döyüşçülərimiz güclü atəş dəstəyi alır və bunun sayəsində davam gətirir”.     

 

Antiterror əməliyyatı qərargahının başqa açıqlamasına əsasən son sutka ərzində Donbassda gedən döyüşlərdə 6 Ukrayna əsgəri həlak olub, 18-i yaralanıb.

 

ABŞ-ın Ukraynadakı səfiri Ceffri Paett bəyan edib ki, separatçıların Donetsk havalimanına hücumları Minsk razılaşmalarının pozulmasıdır: “Rusiya tərəfindən dəstəklənən separatçıların hücumları onların Minsk razılaşmalarını pozmasına dair sonuncu nümunədir”.

 

Qeyd edək ki, Prokofyev adına Donetsk hava limanı şiddətli döyüşlər və bombardmanlar nəticəsində tam xarabazara çevrilib. Köhnə terminalın xarabalıqları separatçıların, yeni terminal isə Ukrayna ordusunun nəzarətindədir. Hazırda yeni terminalın xarabalıqlarında döyüşlər gedir. 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190570

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR