Messi 6-cı dəfə "Qızıl buts" aldı

Messi 6-cı dəfə "Qızıl buts" aldı
17:37 16 Oktyabr 2019
200 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" klubunun kapitanı Lionel Messi "Qızıl buts" mükafatını alıb.

Ötən mövsüm 36 qol vuran futbolçu altıncı dəfə "Qızıl buts"a sahib olub.

32 yaşlı yaşlı hücumçu Avropa çempionatlarında ötən mövsümün ən yaxşı bombardiri olub. Argentinalı ulduz futbolçu 2018/2019 mövsümündə La Liqada 36 qol vurub. Messi ən yaxın izləyicisi olan Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappeni üç top geridə qoyub.

Messi karyerası ərzində altıncı dəfə "Qızıl buts"ı qazanıb. O, daha öncə 2009/10, 2011/12, 2012/13, 2016/17, 2017/18 mövsümlərində bu mükafata yiyələnib.

Elçin Əlixan
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/794840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR