"Ayaks" Çempionlar Liqası oyununa qatarla səfər edəcək

"Ayaks" Çempionlar Liqası oyununa qatarla səfər edəcək
20:05 16 Oktyabr 2019
137 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiyanın "Ayaks" klubu Çempionlar Liqasının 5-ci turunda "Lill"lə Fransada keçiriləcək oyuna qatarla gedəcək.

Milli.Az xəbər verir ki, klubun idman direktoru Edvin Van der Sar Lillə qatarla səyahət etməyin əlverişli olduğunu və bu halda futbolçuların daha az yorulacağını bildirib:

"Yaxşı örnək olmaq istəyirik. Lill şəhəri qatarla səyahət üçün gözəl şəhərlərdən biridir. Bu düşüncə ilə Niderland Dəmir Yollarına müraciət etdik. Erik ten Haaq və futbolçuları üçün səfər daha az yorucu olacaq. 1 saatlıq uçuşun əvəzinə belə səyahət daha yaxşı olacaq".

"Lill" - "Ayaks" oyunu noyabrın 28-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/794825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR