Ərdoğan ABŞ nümayəndə heyətini məyus etdi - VİDEO

Ərdoğan ABŞ nümayəndə heyətini məyus etdi - VİDEO
20:17 16 Oktyabr 2019
109 Digər
Ölkə mətbuatı
A- A+

"Mən ABŞ nümayəndə heyəti ilə deyil, Trampla görüşəcəyəm".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin toplantısından sonra "Sky News"un müxbirinin ona ünvanladığı "ABŞ nümayəndə heyəti gəlir. Buna görə narahatrsınız?" sualına cavabında bildirib.

"Axı niyə narahat olum? Mən dimdik ayaqdayam. Onlarla görüşməyəcəyəm. Onlar öz həmkarları ilə görüşəcəklər. Mən Tramp gələndə onunla görüşüb danışacam", - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Türkiyənin Suriyada apardığı "Sülh Çeşməsi Hərəkatı"nı müzakirə etmək üçün vitse-prezident Mayk Pens və dövlət katibi Mayk Pompeonu oktyabrın 16-da Ankaraya göndərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/turkey/794823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR