Rusiyada onlarla terror aktının qarşısı alınıb

Rusiyada onlarla terror aktının qarşısı alınıb
20:52 16 Oktyabr 2019
116 Dünya
Ölkə mətbuatı
A- A+

2019-cu ildə Rusiyada 39 terror aktının qarşısı alınıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.

"32 terrorçu neytrallaşdırılıb, 679 yaraqlı saxlanılıb, 22 nəfər isə terror fəaliyyətindən imtinaya meylləndirilib", - deyə Bortnikov Soçidə xüsusix idmət orqanlarının rəhbərləri ilə görüşü zamanı qeyd edib.

FTX direktoru əlavə edib ki, ölkə ərazisində 49 terror qrupunun fəaliyyəti dayandırılıb, terrorçularla əlaqədə şübhəli bilinən 5,5 min şəxsin hesabları blok edilib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/794849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR