Gender bərabərliyi kosmosa da çıxır

Gender bərabərliyi kosmosa da çıxır
21:05 16 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Tarixdə ilk dəfə olaraq iki qadın açıq kosmosa çıxacaq.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, astronavtlar Kristina Kuk və Cessika Meir açıq kosmosa çıxışı oktyabrın 17-i və ya 18-i həyata keçirəcəklər.

Qeyd olunur ki, qadın astronavtların kosmosa çıxışı əvvəlcə oktyabrın 21-i üçün planlaşdırılmışdı, lakin sonradan tarix bir qədər irəli çəkilib.

NASA öz saytında qeyd edib ki, Kuk və Meir açıq kosmosda olarkən Beynəlxalq Kosmik Stansiyanın (BKS) Amerika seqmentinin akkumulyator batareyasının yükləmə-boşaltma blokunu dəyişəcəklər. Son zamanlar bu blokda nasazlıqlar müşahidə olunur.

Xatırladaq ki, açıq kosmosa çıxmış ilk qadın sovet kosmonavtı Svetlana Savitskaya (1984-cü ildə) olub.

Hazırda BKS-də uçuşu rusiyalı astronavtlar Aleksandr Skvortsov və Oleq Skripoçka, onların amerikalı həmkarları Kristina Kuk, Endryu Morqan və Cessika Meir, eləcə də italiyalı astronavt Luka Parmitano həyata keçirirlər.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/794851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR