Qadınların çox danışması sağlamlıqları üçün...

Qadınların çox danışması sağlamlıqları üçün...
23:12 16 Oktyabr 2019
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Mütəxəssislərin araşdırmasına görə, qadınların susqun olmaları müxtəlif xəstəliklərə yol aça bilər.

Milli.Az xəbər verir ki, münasibətlərdə həqiqi hislərimizi gizlətməyin lazım olduğu zamanlar ola bilər.

Saxladığımız sirrin yükü bizə ağırlıq verə bilər.

Bu davranış formasına öz-özünü susdurmaq deyilir. 

Öz problemlərinizi tərəf müqabilinizdən gizlətmək də bu səbəbə daxildir.

Qarşınızdakını razı salmaq üçün və deyingən görünməmək üçün susmaq da həmçinin.

Həmin an üçün belə davranışlar doğru görünə bilər.

Lakin araşdırmalar göstərir ki, susqun qadınların psixi pozğunluq və fiziki narahatçılıqla qarşılaşma riski özünə inamlı qadınlara nisbətən daha çoxdur.

Dİgər araşdırmalar göstərdi ki, bağırsaqda problem və depressiya öz-özünü susdurmaqla sıx əlaqəlidir. 

Belə ki, ''Pittsburg universiteti''nin psixiatriya fakultəsinin ''304'' adı ilə etdiyi araşdırmaya görə, bu davranış damarlarda tıxanma da yarada bilər.

Nəticədə belə məlum olub ki, qadınların münasibətlərdə susqunluqları sağlamlıq problemlərinə yol aça bilər. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/794336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR