Evdə hazırlanmış turşu yedi - 50 gün reanimasiyada qaldı

Evdə hazırlanmış turşu yedi - 50 gün reanimasiyada qaldı
23:32 16 Oktyabr 2019
106 Maraqlı
Ölkə mətbuatı
A- A+

Evdə hazırlanmış turşu yeyən qız, 50 gün reanimasiyada qalıb.15 yaşlı qız evdə hazırlanmış turşu yediyi üçün xəstəxanalıq olub.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Türkiyədə yaşayan Nisanur adlı qızın turşu yedikdən sonra halı pisləşib.

Başı gicəllənməyə, mədəsi bulanmağa, gözləri qaralmağa başlayıb. Ailəsi bir gün sonra uşağı xəstəxanaya çatdırıb. Xəstəxanaya gətirildikdə qızın şüuru açıq vəziyyətdə olub. Lakin nəfəs alması çətinləşib və onu reanimasiyaya yerləşdiriblər.

Həkimlər konservləşdirilmiş tərəvəzlərdə"Botulismus antioksidan" maddəsinin olduğunu və qızın da bu səbəbdən zəhərləndiyini bildirib. Zəhərlənmə səbəbindən tənəffüs iflici keçirən qızın boynundan kiçik dəlik açılıb.

Nisanur 50 gün boyunca reanimasiyada qalıb və müalicəsi davam etdirilib. Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/794757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR