Bakıda qardaş qardaşı bıçaqlayıb

Bakıda qardaş qardaşı bıçaqlayıb
01:17 17 Oktyabr 2019
110 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Balaxanı qəsəbəsində 1967-ci il təvəllüdlü Aşurov Kamandar Haqverdi oğlu qardaşı ilə mübahisə edib. Mübahisə dava ilə nəticələnib, dava zamanı o, 3 bıçaq xəsarəti alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona hər iki qolun, döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat edilib. K.Aşurovun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-qardas-qardasi-bicaqlayibdgjerj

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR