Barselonada aksiyaların gedişatında azı 11 nəfər xəsarət alıb

Barselonada aksiyaların gedişatında azı 11 nəfər xəsarət alıb
01:37 17 Oktyabr 2019
109 Digər
Ölkə mətbuatı
A- A+

Barselonanın mərkəzində keçirilmiş və iğtişaşla yekunlaşmış etiraz aksiyasının gedişatında azı 11 nəfər xəsarət alıb.
"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə "La Vanguardia" qəzeti bildirib.
Məlumata görə, aksiya şəhərin mərkəzində, Kataloniya hökuməti yanında Daxili İşlər Departamentinin binası yaxınlığında keçirilib.
Nümayişçilər polislərə böyük daşlar və pirotexniki vasitələr atmağa başlayıblar. Aksiya zamanı daha 1 nəfər saxlanılıb.
Üzü bağlı şəxslər küçələri bağlamağa və zibil yeşiklərini yandırmağa davam ediblər. İlkin məlumata görə, 5-dən çox avtomobil yanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərə qarşı dəfələrlə güc tətbiq ediblər. Etirazların gedişatında həmçinin "Telemadrid" telekanalının operatoru zərər çəkib.



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/barselonada-aksiyalarin-gedisatinda-azi-11-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR