Pompeo Çavuşoğlu ilə telefon danışığının məzmununu açıqlayıb

Pompeo Çavuşoğlu ilə telefon danışığının məzmununu açıqlayıb
02:47 17 Oktyabr 2019
114 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın dövlət katibi Maykl Pompeo türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığının məzmununu açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.
Birləşmiş Ştatların dövlət rəsmisi bildirib ki, telefon söhbətində rəsmi Ankaranı Suriya üzrə dialoqa qayıtmağa çağırıb.
"Dünən Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə danışdım, Türkiyəni hərbi əməliyyatı qurtarmağa və Suriyanın şimal-şərqində təhlükəsizlik məsələləri ilə bağlı ABŞ-la dialoqa qayıtmağa çağırdım", - deyə Pompeo "Twitter"də yazıb.
Bu, ABŞ-ın Türkiyənin üç nazirinin adlarını sanksiyalar siyahısına saldıqdan sonra tərəflər arasında ilk danışıqdır. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pompeo-cavusoglu-ile-sohbetinde-turkiyeni-dialoqa-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR