ABŞ-ın dövlət katibi və vitse-prezidenti Türkiyəyə səfərə yola düşüblər

ABŞ-ın dövlət katibi və vitse-prezidenti Türkiyəyə səfərə yola düşüblər
04:27 17 Oktyabr 2019
110 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın vitse-prezidenti Maykl Pens və dövlət katibi Maykl Pompeo təyyarə ilə Ankaraya səfərə yola düşüblər.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Vitse-prezident və dövlət katibi eyni helikopterlə yerli vaxtla saat 18:00-da Vaşinqton ətrafındakı "Endryus" hərbi hava bazasına gəliblər. Vitse-prezident və dövlət katibi bazadan müxtəlif təyyarələrlə səmaya qalxıblar. Onları gətirən təyyarə təxminən 11-12 saat sonra Ankarada yerə enəcək.
ABŞ rəsmiləri Türkiyənin hökumət üzvləri ilə Suriyada keçirilən hərbi əməliyyat məsələsini müzakirə etməyi planlaşdırır. M. Pensin mətbuat xidmətinin yaydığı məlumata görə, ABŞ nümayəndə heyətinə prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert Obrayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri də daxildir. Bu Pensin, ABŞ-ın vitse-prezident kimi Türkiyəyə ilk səfəridir.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-in-dovlet-katibi-ve-vitse-prezidenti-turkiyeye-sefere-yola-dusubl

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR