Filippində zəlzələ baş verib, ölənlər və xəsarət alanlar var

Filippində zəlzələ baş verib, ölənlər və xəsarət alanlar var
06:57 17 Oktyabr 2019
112 Digər
Ölkə mətbuatı
A- A+

Filippində 6,3 bal gücündə zəlzələ olub.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 11:37-də qeydə alınıb. Zəlzələnin episentri Sultan-Kudarat vilayətinin Kolumbio yaşayış məntəqəsindən 7 kilometr məsafədə yerləşib.
Zəlzələ nəticəsində 5 nəfər ölüb, daha 77 nəfər xəsarət alıb.
Qeyd edilir ki, təbii hadisə zamanı 17 nəfər Makilala şəhərində, daha 60 nəfər isə Tulunan, Maqsaysay və Diqos şəhərlərində zərər çəkiblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/filippinde-zelzele-bas-verib-olenler-ve-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı