Pompeo Çavuşoğlu ilə telefon danışığı zamanı Türkiyəni dialoqa qayıtmağa çağırıb

Pompeo Çavuşoğlu ilə telefon danışığı zamanı Türkiyəni dialoqa qayıtmağa çağırıb
07:22 17 Oktyabr 2019
134 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında oktyabrın 15-i telefon danışığı olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə M.Pompeo öz "Twitter" səhifəsində yazıb.

M.Pompeo bildirib: "Ötən gün Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə danışmışam, Türkiyəni hərbi əməliyyatı dayandırmağa və Suriyanın şimal-şərqində təhlükəsizlik məsələləri üzrə ABŞ-la dialoqa qayıtmağa çağırdım".

Qeyd edək ki, bu telefon danışığı ABŞ-ın Türkiyənin Milli Müdafiə və Energetika və Təbii Sərvətlər Nazirliklərini və bu nazirliklərin rəhbərləri Hulusi Akar və Fatih Dönməz, həmçinin daxili işlər naziri Süleyman Soylunu sanksiyalar siyahısına əlavə etdikdən sonra yaradılan ilk əlaqə olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3134467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR