SoftBank milyardlarla dollar investisiya yatırmağa hazırdır

SoftBank milyardlarla dollar investisiya yatırmağa hazırdır
08:27 17 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Yaponiyanın SoftBank holdinqi WeWork şirkəti üzərində idarəetməni əldə etmək üçün sözügedən coworkinglər şəbəkəsinə investisiya yatırmağa hazırdır. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Məlumata əsasən SoftBank şirkətin yeni səhmlərinə və borclarına bir neçə milyard dollar investisiya yatırmağa hazırdır. Lakin bu müqavilənin bağlanacağına dair hələ heç bir zəmanət yoxdur. SoftBank rəhbərliyinin fikrincə 2020-ci ildə normal fəaliyyəət göstərmək üçün WeWork-a minimum 3 milyard dollar vəsait lazım olacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, SoftBank şirkətin yeni səhmlərini bu ilin yanvar ayında yatırdığı investisiya qiymətindən daha aşağı qiymət göstəricisinə almaq istəyir. Bu halda şirkətin bazar dəyəri 10 milyard dollardan aşağı düşə bilər. Bununla yanaşı mənbələrin verdikləri məlumatlara əsasən WeWork-un maliyyə problemlərinin həll olunması və düzgün investisiyaların yatırılması üzrə məsləhətlərin verilməsi üçün SoftBank holdinqi Weil, Gotshal & Manges LLP şirkətinin hüquqşünaslarını işə cəlb edib.

Bu şirkət isə maliyyə restrukturizasiyası sahəsində fəaliyyət göstərir. WeWork təmsilçisi bildirib ki, şirkət maliyyələşdirilmənin təşkil olunması üçün Wall Street-dən böyük bir şirkəti işə cəlb edib və hal hazırda 60-a yaxın şirkət WeWork ilə danışıqlar aparır. Qeyd etmək lazımdır ki, 29% səhm sahibi kimi SoftBank holdinqi WeWork şirkətinin ən böyük səhmdarlarından biridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/794472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR