Kosmik lift layihəsi təqdim olunub

Kosmik lift layihəsi təqdim olunub
08:32 17 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Kembric Universitetinin məzunları kosmik lift layihəsini təqdim ediblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, işi qiymətləndirən "LiftPort Group" korporasiyasının rəhbəri Maykl Leynin sözlərinə görə, müasir texnologiyaları tətbiq etməklə belə mexanizm yaratmaq mümkündür. Layihənin konseptinə görə, qurğunun əsası ekvatorda, son məntəqəsi isə peyklərin Yer kürəsi ilə eyni sürətdə dövrə vurduğu geostasionar orbitdə yerləşəcək. Yüklərin xüsusi burazlar vasitəsilə göndərilməsi planlaşdırılır - konstruksiyanın stabilliyini mərkəzdənqaçma qüvvəsi təmin edəcək.

Ekspertlərin qiymətləndirməsinə görə, kosmik liftin dəyəri 90 milyard dollar təşkil edəcək. Yaponiyanın "Oboyashi Corporation" şirkəti 2050-ci ilədək, Çin mühəndisləri isə 2045-ci ildə belə qurğu yaratmaq niyyətindədirlər. Lakin alimlər hələ burazların yaradılması üçün uyğun material axtarışı, eləcə də yüklər üçün kəskin temperatur dəyişikliklərinin və Yer atmosferindən kənarda "kosmik zibil" və digər obyektlər kimi potensial təhlükələrin öyrənilməsi ilə məşğuldurlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/794478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR