HarmonyOS əməliyyat sistemləri bazarını ələ keçirtməyə başlayır

HarmonyOS əməliyyat sistemləri bazarını ələ keçirtməyə başlayır
08:47 17 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Google şirkəti ilə əməkdaşlığı pozulan smartfon və müxtəlif telekommunikasiya istehsalçısı olan Huawei şirkəti HarmonyOS adlı fərdi əməliyyat sistemini hazırlayıb. Şirkət öz əməliyyat sistemindən aktiv şəkildə istifadə etməyə tələsməsə də, analitiklər yaxın zamanda HarmonyOS-ə tələbatın nə dərəcədə olacağını hesablayıblar. Nəzərə alsaq ki, HarmonyOS təkcə smartfonlar üçün hazırlanmış əməliyyat sistemi kimi yox daha universal əməliyyat sistemi kimi qələmə verilir, artıq 2020-ci ildə o, böyüklüyünə görə 5-ci əməliyyat sistemi ola bilər.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu sistemin bazardakı payı 2% təşkil edəcək və öz inkişafı çərçivəsində Linux-u geridə qoyacaq. Marketoloqların hesablamalarına əsasən bu ilin sonuna kimi HarmonyOS-in Çin bazarındakı payı 0.1%, 2020-ci ilin sonuna kimi isə 5% təşkil edəcək. Bugün isə ən məşhur əməliyyat sistemi Android hesab edilir. Onun bazardakı payı 39%-dir. İkinci yerdə Windows (35%), üçüncü yerdə iOS (13.87%), dördüncü yerdə macOS (5.92%), beşinci yerdə isə Linux (0.77%) qərarlaşıb.

HarmonyOS-in özəllikləri sırasında Android, Linux və HTML5 tətbiqlərin dəstəklənməsi, Ark Huawei kompilyatorunun olması, Kotlin, C, C++, Java və Javascript proqramlaşdırma dillərinin dəstəklənməsi və universallıq var. Şirkətin sözlərinə əsasən bu əməliyyat sistemini smartfonlara, planşetlərə, noutbuklara, smart saatlara və s. cihazlara quraşdırmaq mümkündür. Qeyd etmək lazımdır ki, HarmonyOS əməliyyat sistemini ilk əldə etmiş cihazlar Huawei şirkətinin televizorları oldular.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/794470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR