HarmonyOS Android ilə rəqabət apara biləcək

HarmonyOS Android ilə rəqabət apara biləcək
08:52 17 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Huawei şirkətinin təsisçisi və general direktoru olan Ren Zhengfei, Fortune saytına müsahibə verib və həmin müsahibədə o, şirkətin HarmonyOS əməliyyat sistemi ilə bağlı gələcək planlarından danışıb. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, HarmonyOS avqust ayının əvvəlində təqdim edilmişdi. Məhz ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin qızğın vaxtında və ABŞ hökumətinin Huawei şirkətinə qarşı tətbiq etmiş olduğu sanksiyaların fonunda.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu əməliyyat sistemini istənilən növ cihazda istifadə etmək olar: Smartfonlar, televizorlar, smart saatlar, noutbuklar və s. Sözügedən əməliyyat sistemini ilk əldə etmiş cihazlar isə Honor televizorları oldular. Əməliyyat sisteminin təqdimatı zamanı şirkət söz vermişdi ki, o, Çindən kənarda da çalışacaq. Lakin buna baxmayaraq şirkət öz smartfon modellərində Android əməliyyat sistemini HarmonyOS ilə əvəz etməyə tələsmir. Bunun yerinə şirkət hələ ki, açıq kod mənbələi Android versiyasından istifadə edir.

Buna baxmayaraq Ren Zhengfei əmindir ki, HarmonyOS-in bazarda öz mövqelərini gücləndirməsi üçün 2-3 il vaxt lazımdır və artıq bir neçə ildən sonra o, Android və iOS də daxil olmaqla əməliyyat sistemləri bazarında digər təmsilçilər ilə ciddi rəqabət aparacaq. Bununla yanaşı Ren Zhengfei bildirib ki, Huawei şirkəti Android əməliyyat sistemindən istifadə etməyə davam edəcək və o, Google şirkəti ilə olacaq dost əməkdaşlığına inanır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/794476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR