Porsche şirkəti büdcəli Taycan 4S elektromobilini təqdim etdi - QİYMƏTİ

Porsche şirkəti büdcəli Taycan 4S elektromobilini təqdim etdi - QİYMƏTİ
09:05 17 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Hələ sentyabr ayının əvvəlində Porsche şirkəti özünün Taycan adlı ilk iki elektromobil modelini təqdim etmişdi. Bununla da şirkət elektromobillər dövrünə keçidini bildirmişdi. Texniki göstəricilərdən əlavə qiymət göstəricisinə də önəm verən sürücülər üçün şirkət Taycan elektromobilinin büdcəli versiyasını təqdim etdi.

Milli.Az technote.az-a istinadən bildirir ki, yeni model Taycan 4S adlanır və o, əsas Taycan modellərindən bir qədər daha ucuzdur.

    Texniki tərəfdən Taycan 4S modeli Taycan Turbo və Turbo S modellərindən çox az fərqlənir. Taycan 4S əsas modellərdən daha yüngüldür və onun maksimal sürəti saatda 250 km-i keçmir. Lakin buna baxmayaraq alıcılar onun üçün daha az pul ödəyəcəklər. Taycan 4S iki versiyada təqdim olunur. Onlardan biri 79.2 kilovatt saat batareya həcmi və ümumi gücü 320 kilovatt olan bir neçə elektromühərrikdən, digəri isə 93.4 kilovatt saat batareya həcmi və ümumi gücü 420 kilovatt olan bir neçə elektromühərrikdən ibarətdir.

    Hər iki model saatda 100 km sürəti 3.8 saniyəyə yığır. Şirkət büdcəli modellərin bir dəfə şarj olunandan sonra nə qədər yol qətt etmələri barəsində bir məlumat verməyib. Qeyd etmək lazımdır ki, Taycan Turbo modeli bir dəfə şarj olunandan sonra 450 km, Taycan Turbo S modeli isə bir dəfə şarj olunandan sonra 412 km yol qətt edə bilir. Yeni Taycan 4S modeli 2020-ci ildə ABŞ-da satışa çıxacaq. 79.2 kilovatt saat batareya həcminə sahib versiya 103.800$-a, 93.4 kilovatt saat batareya həcminə sahib versiya isə 110.380$-a satılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/794475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR