Arvadını və qayınanasını öldürüb, yandırdı, özünü isə... - Bakıda DƏHŞƏTLİ QƏTL

Arvadını və qayınanasını öldürüb, yandırdı, özünü isə... - Bakıda DƏHŞƏTLİ QƏTL
09:18 17 Oktyabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Hadisə Alıbəyli küçəsi 22 ünvanında baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb.

Daha sonra V.Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı - qayınanasını bıçaqlayıb.

Hər iki şəxs hadisə yerində ölüb.

Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb.

Özü isə hadisə yerindən qaçarkən “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır. (APA)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/293300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR